Logo

AzTU-dan Azərbaycanın hərbi texnika sahəsinə öz töhfəsini verəcək addım

30.11.2020 09:51 610 baxış
IMG

Azərbaycanda hərb sahəsində texnikiyönümlü ixtisasların hazırlanmasını həyata keçirən Azərbaycan Texniki Universiteti (AzTU) yeganə ali təhsil müəssisəsidir. 

 

Bu sözləri, Tehsil.biz-ə açıqlamasında Azərbaycan Texniki Universitetinin “Elektronika” kafedrasının assistenti Qadir Qafarov söyləyib.

 

"Azərbaycanın şanlı tarixinə qızıl hərflərlə yazılan “II Qarabağ şavaşı” onu göstərdi ki, döyüş meydanında yalnız fiziki qüvvə deyil, əqli əməyin məhsulları daha çox savaşın istiqamətini müəyyən edir. Döyüş meydanında müasir hərbi texniki vasitələr bizə bir çox üstünlüklər yaratmışdır. AzTU-da buna görə də, Azərbaycanda yeni hərbi istehsal sahəsini yaratmaq və bu sahə üzrə ixtisaslı kadrlar hazırlamaq məqsədilə “Radioelektronika və aerokosmik vasitələr” kafedrasının yaradılması ilə bağlı qərar qəbul etmişdir".

 

Qadir Qafarovun fikrincə, bu kafedranın yaradılması, orada aparılan elmi tədqiqatların istiqaməti və yetişdirilən kadrlar Azərbaycanın hərbi texnika sahəsinə öz töhfəsini verəcəkdir.

 

"Əminəm ki, qısa müddətdə hərbi məqsədli dronların, müşahidə və radioelektron mübarizə vasitələrin və müxtəlif tipli müasir silahların layihələndiriməsi kafedranın əsas istiqamətlərə çevriləcəkdir. Bir sözlə, bu kafedranın fəaliyyətə başlaması Azərbaycanda hərbi texnika sahəsinə yeni nəfəs gətirəcəkdir".

Xəbər lenti