Sabah Dövlət İmtahan Mərkəzinin feysbuk səhifəsi və yutub kanalı vasitəsilə valideynlərin və müəllimlərin sualları cavablandırılacaq. Sualı olanlar bu gündən başlayaraq DİM-in feysbuk səhifəsinə yaza bilərlər.
Tehsil.biz xəbər verir ki, bu sözləri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə oktyabrın 27-də keçirilən onlayn mətbuat konfransında deyib.