Logo

2022-ci ildə fəsillərin Azərbaycana daxilolma vaxtı açıqlanıb

27.10.2021 13:37 2198 baxış
IMG

2022-ci il üçün fəsillərin Azərbaycana gəlmə vaxtları açıqlanıb.

Tehsil.biz xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin Astrofizika kafedrasının dosenti Xıdır Mikayılov məlumat verib.

Gələn il yaz fəsli (Bahar) Azərbaycana martın 20-si saat 19:33:00 daxil olacaq. Həmin gün yaz gecə-gündüz bərabərliyi olacaq. Bu zaman gecə ilə gündüz bərabərləşir, Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsərək cənub yarım kürəsindən şimal yarım kürəsinə keçir və həmin andan şimal yarım kürəsində yaz fəsli başlayır. Fəslin uzunluğu -92 gün, 17 saat, 40 dəq.

Yay fəsli - yay günəş duruşu- iyunun 21-i saat 13:13:00 Azərbaycana daxil olacaq. Bu zaman Yerin fırlanma oxy Günəş istiqaməti ilə ən kiçik bucaq əmələ gətirir və ya Günəş həmin gün günorta vaxtı üfüqdən maksimum hündürlükdə (73⁰.1) olur. Həmin gün ən uzun Gündüz və ən qısa gecə olur. Gündüzün uzunluğu 15 saat 3 dəq. 24 san, gecənin uzunluğu isə 8 saat 56 dəq. 36 san olacaq. Fəslin uzunluğu - 93 gün 13 saat 50 dəq.

Payız fəsli sentyabrın 23-ü saat 05:03:00 daxil olacaq. Həmin gün payız gecə-gündüz bərabərliyi olacaq. Bu zaman gecə ilə gündüz bərabərləşir. Günəş ekliptika üzrə hərəkət edərək ekvatoru kəsərək şimal yarım kürəsindən cənub yarım kürəsinə keçir və həmin andan şimal yarım kürəsində payız fəsli başlayır. Fəslin uzunluğu - 89 gün 20 saat 45 dəq.

Qış fəsli (Qış günəş duruşu-) Azərbaycanada dekabrın 22-si saat 01:48:00 daxil olacaq. Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş həmin gün üfüqdən minimum hündürlükdə (26⁰.2) olur. Həmin gün ən qısa gündüz və ən uzun gecə olur. Gündüzün uzunluğu 9 saat 17 dəq. 22 san, gecənin uzunluğu isə 14 saat 42 dəq. 38 san olacaq. Fəslin uzunluğu - 88 gün 23 saat 36 dəq.

Yerin Günəşə ən uzaq məsafədən (afeli) keçmə vaxtı – 4 iyul saat 11:10-də, məsafə - 152 098 455 km olacaq.
Yerin Günəşə ən yaxın məsafədən (periheli) keçmə vaxtı - 4 yanvar saat 10:52, məsafə - 147 105 052 km olacaq.

Apa.az

Xəbər lenti