Logo

Şagirdlər arasında Breyn Rinq üzrə “Cənub Kuboku-2021” intellektual məktəb çempionatı keçirilib

27.10.2021 17:27 429 baxış
IMG

Təhsil Nazirliyinin təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin 8-11-ci sinif şagirdləri arasında Breyn Rinq üzrə “Cənub Kuboku-2021” intellektual məktəb çempionatı keçirilib. 

Tehsil.biz xəbər verir ki, çempionatda Masallı, Astara, Lənkəran, Lerik, Yardımlı, Biləsuvar, Cəlilabad və Salyan rayonlarından 1 komanda olmaqla ümumilikdə 8 komanda mübarizə aparıb.

Yarışın Münsiflər heyətinin tərkibində Təhsil Nazirliyinin, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndələri və müstəqil ekspert iştirakı edib.

Yarışda Salyan rayon komandası I, Lənkəran şəhər komandası II, Astara rayon komandası III yerlərə layiq görülüb. 

Qaliblər Təhsil Nazirliyinin hədiyyələri, həmçinin medal və kubok ilə təltif olunub.

Xəbər lenti