Logo

Azərbaycan Texniki Universitetində müdafiə sənayesi sahəsi üzrə kadrlar hazırlanır

30.11.2020 15:46 548 baxış
IMG

Azərbaycan Texniki Universitetində (AzTU) müdafiə sənayesi sahəsi üzrə kadrlar hazırlanır.

 

AzTU-dan bildirilib ki, universitetdə müasir dövrün tələbləri nəzərə alınaraq Xüsusi texnika və texnologiya fakültəsinin strukturunda dəyişiklik edilib.

 

Bu məqsədlə Xüsusi texnika və texnologiya fakültəsinin tərkibində Xüsusi təyinatlı materiallar və vasitələr və Radioelektron və aerokosmik vasitələr kafedraları yaradılıb.

 

Bundan başqa, yeni təsdiq edilmiş ixtisas siyahısında Metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi ixtisası nəzərdə tutulmadığı və həmin ixtisas üzrə artıq kadr hazırlığı aparılmadığı üçün Metrologiya və standartlaşdırma kafedrası ləğv edilib.

 

Universitetdə patent və sertifikasiya işinin formalaşdırılması məqsədilə Tədqiqat və inkişaf şöbəsinin nəzdində “Metrologiya, standartlaşdırma, patent və sertifikasiya” xidməti yaradılıb. Maliyyə və təminat məsələləri ilə bağlı struktur dəyişikləri edilərək İqtisadiyyat və təminat, eləcə də İnfrastruktur və təsərrüfat şöbələri yaradılıb.

Xəbər lenti