Logo

Orta məktəb müəllimi “MIE Expert” adına layiq görülüb

28.10.2021 16:20 498 baxış
IMG

Gəncə şəhər M.C.Paşayev adına 39 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Məhsəti Zeynalova “MIE Expert” adına layiq görülüb.

Tehsil.biz xəbər verir ki, "MIE Expert" proqramı təhsilin transformasiyası üzrə texnologiyalardan istifadə edən dünyanın qabaqcıl müəllimlərini birləşdirir. Proqramın üzvü seçilmiş müəllimlər bir il ərzində geniş elektron vəsait və dəstəyə çıxış, müxtəlif ölkələrdən olan müəllimlərlə təcrübə mübadiləsi aparmaq imkanı əldə edirlər.

Məhsəti müəllim 21 ildir ki, ibtidai sinif müəllimi olaraq çalışır. Hazırda müəllimliklə bərabər İTE təşkilatında təlimçi kimi fəaliyyət göstərir. 2020-2021-ci tədris ilində eTwinning layihəsində 3 ölkənin müəllim və şagirdlərinin qatıldığı "Təbiətin səsini dinlə" layihəsində iştirak edib. Eyni zamanda Microsoft Education Center müəllim bacarıqlarının artırılması üzrə MİE Expert nominasiyasına namizəddir.                                                                     

Türkiyənin ən böyük dərnəklərindən biri olan EYUDER-in (Eğitim Yöneticileri Uzmanları Derneyi) təşkil etdiyi EYFOR Ölkələrarası Foruma dəvət alan Məhsəti müəllim həmin Beynəlxalq Konqresdə "Veb 2 Alətlərin Təhsilə tətbiqi" adlı məqalə üzrə çıxışı var. Eyni adlı məqalə uyğun olaraq "Bildiri Özetleri" kitabında da yer alacaq.

Xəbər lenti