"Goranboy rayonunun M.Zeynalov adına Dəliməmmədli şəhər tam orta məktəbinin direktoru Gültəkin Cəfərova şəhid qızından 1300 manat rüşvət alıb. Bu barədə məktəbin müəllimi Xələfova Elnarə Ədalət qızı tərəfindən şikayət edilib".
Tehsil.biz xəbər verir ki, bu haqda məlumat feysbuk qruplarının birində paylaşılıb.
Qeyd olunanlara görə, məktəb direktoru vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 2019-cu ildən şəhid qızından almış olduğu rüşvət müqabilində ona sinif verməli imiş, sonradan isə həmin sözügedən sinif Xələfov Elnarənin əlindən alınaraq başqa şəxsə satılıb
Bildirilib ki, bu günə kimi bütün dövlət qurumlarına çoxsaylı müraciətləri olan şəhid qızı məktəb direktoru Gültəkin Cəfərovadan vermiş olduğu pulunu geri ala bilmir.
"Direktor Gültəkin müəllim deyir: "Burada mənəm, Bağdadda kor xəlifə". Məktəbdə ucdantutma rüşvət yığır, korrupsiya əməlləri ilə məşğuldur və pedaqoji kollektivin üzvlərini təhqir edir", -deyə şikayətdə qeyd olunub.
Qeyd: Bu məlumatla bağlı tərəflərin fikirlərini dərc etməyə hazırıq!