Bu gündən 5-9-cu siniflərdə əyani formada tədris həftədə 2-3 dəfə olmaqla bərpa olunur.
Tehsil.biz xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev COVID-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı sentyabrın 30-da keçirilən brifinqdə deyib.
O bildirib ki, COVID-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin bu formada təşkili noyabrın 2-dək davam edəcək. Epidemioloji vəziyyətlə əlaqədar olaraq növbəti dövr üçün müvafiq qərarlar qəbul ediləcək.
Xatırladaq ki, sentyabrın 15-dən etibarən 5-9-cu siniflər üçün dərslər distant formada təşkil olunur.