Logo

Şagirdlərin bu fotosu ilə bağlı direktordan AÇIQLAMA

29.10.2021 13:31 317 baxış
IMG

Cəlilabad rayonu, 8 saylı məktəbin direktoru Cəlil Abdullayev təmir zamanı şagirdlərin əməyindən istifadə olunması ilə bağlı məlumata münasibət bildirib.

Tehsil.biz xəbər verir ki, "Qafqazinfo"ya açıqlama verən C.Abdullayevin sözlərinə görə, yeni təyin olunduğu bu vəzifəsində ona maneə yaradanlar var: "Əvvəl bu məktəbdə direktor müavini olmuşam, sonra imtahan verib direktor təyin edilmişəm. Sentyabrın 13-də işə başlamışam, direktor kimi işləməyimin hələ iki ayı olmayıb. Amma kimlərsə mənə işləməyə imkan vermir. Direktor təyin ediləndən sonra məktəbi səliqəli hala salmağa çalışıram. Bununla bağlı məktəbin həyətində şəhid bulağı tikmək istəyirdik.

Həmin vaxt məktəbə tikinti materialları gələndə mən orada olmamışam, uşaqlar da şəhid bulağının tikilməsi üçün kömək ediblər. Kimsə orada foto çəkərək yayıb. Əlavə sinif otaqları da tikmək istəyirdik, gördük alınmır, tikilən divarı da sökdük".

Xatırladaq ki, sözügedən fotolarla bağlı Təhsil Nazirliyindən saytımıza bildirilib ki, şagirdlərin tikinti materialı daşıması ilə bağlı məlumatlar araşdırılır.

Xəbər lenti