Logo

Məsafədən təhsilalma ali təhsil səviyyələrində təhsilalma formaları sırasına daxil edilir

29.10.2021 13:47 489 baxış
IMG

Ali təhsil səviyyələrində məsafədən təhsilalma formasının tətbiqi genişləndirilir.

Tehsil.biz-in məlumatına görə, bu, Elm və təhsil komitəsi yanında “Ali təhsil haqqında” qanun layihəsi üzrə yaradılmış işçi qrupunun tərəfindən hazırlanmış və işçi qrupun noyabrın 2-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq “Ali təhsil haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, ali təhsil səviyyələrində təhsilalma formaları aşağıdakılardır:

- əyani (full-time (tədrisə tam cəlb olunma), part-time(tədrisə qismən cəlb olunma));
- qiyabi;
- məsafədən;
- eksternat.

Ali təhsilin səviyyələri üzrə təhsilalma formalarının tətbiqi aşağıdakı kimidir:

- qısamüddətli ali təhsil səviyyəsində - əyani, qiyabi, məsafədən;
- bakalavriat səviyyəsində - əyani, qiyabi, məsafədən və əsas (baza ali) tibb təhsili səviyyəsində - əyani;
- magistratura səviyyəsində - əyani, məsafədən və rezidenturada - əyani;
- doktorantura (adyunktura) səviyyəsində - əyani, qiyabi;
- əlavə ali təhsil - əyani, qiyabi, məsafədən.

Müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada digər təhsilalma formaları da tətbiq edilə bilər.

Qeyd edək ki, məsafədən təhsil tədris prosesinin elektron, telekommunikasiya, proqram-texniki vasitələr əsasında məsafədən təşkil edildiyi təhsilalma formasıdır. (APA)

Xəbər lenti