Azərbaycan Texnologiya Universitetində I və II kurs tələbələrinə Gəncə şəhər Gənclər Evinin təqdimatı keçirilib.
Tehsil.biz xəbər verir ki, tədbirdə Gənclər evinin direktoru Amil Qurnabov, Gəncə İntellektual Klubunun rəhbəri Natiq Salahov, UTECA-nın İnzibati idarəetmə və kommersiya kafedrasının dosenti Mətanət Əhmədova, universitetin Tələbə Gənclər Təşkilatının sədri Nicat Nağıyev, I və II kurs tələbələri iştirak ediblər.
Tələbələrə bildirilib ki, 2016-cı ildən gənclərin ixtiyarına verilən Gəncə şəhər Gənclər evində aparılan işlərin əsas istiqaməti vətənpərvərlik, sağlam həyat tərzi, ictimai fəallıq, asudə vaxt, məşğulluq və yaradıcılıq prinsipləridir.
Gənclər evində Toxuculuq və tikiş dərnəyi, Conversation club, Gənc iqtisadçılar klubu, Gənclərin intellektual klubu, Ekologiya dərnəyi, Vətənpərvərlik klubu, Texnika və ixtiraçılar klubu, Karyera mərkəzi, Akt zalı, Toplantı zalı, Kitabxana, Sərgi zalı, İstedadların hazırlığı labaratoriyası, Ölkəşünaslıq otağı, Peşə yönümü mərkəz, Kompyuter qrafikası, Psixoloji reabilitasiya xidməti, Rəsm studuyası, Video studiya mövcuddur ki, gənclər bütün bunlardan faydalanmaqla asudə vaxtlarının səmərəli keçirə, özlərində yeni bacarıqlar üzə çıxara bilərlər.
Tələbələr dərs saatlarından sonra Gənclər evinin sakinlərilə birgə şəhər tədbirlərinə, flaşmoblara, marafonlara, yeni layihələrə qoşulmaqla yeni dostlar, yeni ünsiyyətlər qazana bilərlər.
Sonda tələbələrin sualları cavablandırılıb.