Logo

Vətən müharibəsi şəhidi Məzdək Eyvazlının anım günüdür

29.10.2021 15:04 727 baxış
IMG

29 oktyabr UNEC-in məzunu, Vətən müharibəsi şəhidi Məzdək Eyvazlının anım günüdür.

Tehsil.biz xəbər verir ki, Məzdək Eyvazlı 1996-cı il fevralın 26-da anadan olub. UNEC-in Texnologiya və dizayn fakültəsində “Texnoloji maşın və avadanlıqlar mühəndisliyi” ixtisası üzrə bakalavr təhsili alıb.

2017-2018-ci illərdə həqiqi hərbi xidmətdə olub. 27 sentyabrda başlayan Vətən müharibəsinə yollannan Məzdək oktyabrın 29-da Füzulinin azad edilməsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Bakı şəhəri Lökbatan qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında dəfn edilib.

Ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Allah rəhmət eləsin!

Xəbər lenti