Noyabrın 1-də paytaxt məktəblilərinin Zəfər Gününə həsr olunmuş rəsm və əl işlərindən ibarət sərgisi təşkil olunacaq.
Tehsil.biz xəbər verir ki, Təsviri Sənət Qalereyasında keçiriləcək sərginin əsas məqsədi şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi işinin davamlı təşkilinə nail olmaq, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətən Müharibəsində göstərdiyi qəhrəmanlıq və qazanılmış möhtəşəm tarixi Zəfəri əsərlərdə nümayiş etdirmək, xüsusi istedada malik olan uşaqları üzə çıxarmaq, onların yaradıcılıq bacarıqlarının inkişafına dəstək verməkdən ibarətdir. Həmçinin işğaldan azad olunmuş ərazilərin təbiət gözəlliklərini tərənnüm etmək, uşaq və gənclərin bədii-estetik zövqünü formalaşdırmaq da əsas hədəflərdəndir.
Sərgiyə baxış keçirmək istəyənlər saat 10:00-dan 17:00-dək Təsviri Sənət Qalereyasına (Ünvan: Nəsimi rayonu, Azadlıq prospekti 16/21) gələ bilər.
Qeyd edək ki, sərgi Nazirlər Kabineti yanında Operativ Qərargahın COVID-19 pandemiyası ilə əlaqədar qəbul etdiyi qaydalara uyğun təşkil olunacaq.