Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı dərin köklərə bağlıdır. Bu eyni kökdən olan millət ayrı-ayrı yaşasalar da əsrlərlə bir-birilərinə arxa-dayaq olmuş, bir-birilərinə yardım əllərini uzatmışlar. Türk xalqı tarixən “qaradonlu” kafirlərin fitnə-fəsadına mərdi-mərdanə sinələrini sipər etmiş, eyni zamanda həmişə sülhün, əmin-amanlığın tərəfdarı olmuşdur. Buna baxmayaraq, məqsədli şəkildə 200 il əvvəl ata-baba torpaqlarımıza köçürülmüş və tarixi ədalətsizlikdən coğrafi baxımdan iki qardaşın arasına bədnam toxum kimi səpilmiş mənfur düşmən ermənilər özlərini heç vaxt dinc aparmamış, əsl xislətlərini, məqsədlərini nümayiş etdirərək, pis əməllərindən, nankorluqlarından, qəddarlıqlarından əl çəkməmişdilər. Bu, nəinki, xalq, hətda, millət olmaq hissini yaşaya bilməmiş toplum nə qədər Azərbaycan xalqından yaxşılıqlar görsə də, imkan tapdıqca Ölkəmizi soyub talamağa çalışmışdır. Verilən torpaqlarla kifayətlənməyən düşmən digər ərazilərimizə göz dikmiş, təəsüflə də olsun deməliyik ki, havadarlarının köməyi ilə pis niyyətlərinə, qismən də olsa, çatmışdılar. Lakin bu haqsız nailiyyət əbədi olmadı. Azərbaycan xalqı müvəqqəti olan bu çətinliyə dözdü və tarixi ədaləti bərpa etdi, 30 illik nisgilə son qoydu. Dünya tarixində görünməmiş, cəmi 44 gün ərzində Azərbaycan mənfur düşməni diz çökdürdü. Azərbaycan qüdrətli ölkə olduğunu, öz ayaqları üstündə müstəqil durduğunu 44 günlük Vətən Müharibəsində təsdiqlədi. Qeyd edək ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən Müharibəsində əsas möhürü vuran Azərbaycanın yeni nəsli idi. O nəsil ki, 30 il bundan əvvəl, qundaqda, ayağı yalın, başı açıq qışın soyuğunda, şaxtasında ermənilərin işgəncələrinə məruz qalaraq didərgin, qaçqın həyatı yaşamışdılar. Qaniçən düşmən tərəfindən uşaqlıqları əllərindən alınmış yeni nəslin Vətən sevgisi dağı-dağ üstə qoydu. Ali Baş Komandanımızla birlikdə Müzəffər Ordumuz tarix yazdı. Əsrlər, qərinələr hələ belə bir tarix görməmişdi. Azərbaycanın çətin günündə, xoş günündə həmişə yanında olan, onu dəstəkləyən qardaş Türkiyə Vətən Müharibəsində də Azərbaycanı tək qoymadı, mənəvi və siyasi dəstəyini açıq şəkildə nümayiş etdirdi. Müharibənin ilk saatlarında Türkiyə bəyan etdi ki, Azərbaycan tək deyil və Türkiyə Azərbaycanın yanındadır. Bu addım Azərbaycana çox böyük siyasi və mənəvi dəstək, əlavə güc verdi. Azərbaycan-Türkiyə qardaşlığının, əməkdaşlığının tarixi hələ 13 oktyabr 1921-ci il tarixli Qars Müqaviləsində rəsmi təsdiqini tapmışdı. Bu gün iki dövlət arasında demək olar ki, həyatın bütün sahələrini əhatə edən əməkdaşlıq formatı mövcuddur. 2021-ci il 15 iyun tarixli Şuşa Bəyənnaməsi isə Azərbaycan və Türkiyə arasında əlaqələri müttəfiklik səviyyəsinə qaldırdı. İşğaldan azad olunmuş Qarabağda Zəfər yürüşünün təntənəsi olaraq Azərbaycan və Türkiyə himninin səslənməsi birgə tərəfdaşlığın Zəfər bayramıdır. İki qardaş ölkənin dərin köklərə bağlılığının bariz nümunəsidir ki, bu gün biz Qələbənin sevincini yaşayaraq, müharibənin dərin iz buraxmış fəsadlarını, dağıntılarını, məhv edilmiş təbiətini canlandırmaq üçün birgə səmərəli işlər görürük. 2021-ci ilin 26 oktyabrında Ölkə Prezidentləri, cənab İlham Əliyev və cənab Rəcəb Tayyib Ərdoğanın təməlini qoyduqları avtomobil yolu Zəngəzur dəhlizinin başlanğıcıdır. hissəsidir. Avtomobil və dəmir yolunun çəkilişi nəticəsində Ölkələrimiz öz coğrafi bağlılıqlarını həm də rəsmiləşdirmiş olacaqlar. Azərbaycanın işğaldan azad olmuş torpaqlarında yerli şirkətlərlə yanaşı Türk şirkətləri də yorulmadan çalışırlar. Düşmənlərimizə gözdağı olsun deyə onların 30 ildə dağıtdıqlarını Azərbaycan dost ölkələrin iştirakı ilə reallaşdırır. Böyük infrastrukturları cəmi 7-8 ayda tikib istifadəyə verir. Bunu görən düşmənlərimiz və onların havadarları Türk-Azərbaycan dostluğu, qardaşlığı qarşısında cılızlaşırlar, layiq olduqları halın acısını yaşayırlar. Bu real tarixi faktdır ki, heç bir gücə malik olmayan məğlub ölkə boyun əyib, Azərbaycan qanunlarına tabe olmalıdır. Azərbaycan kimi qüdrətli bir dövlətin kölgəsində nəfəs almalarına şükürlər etməlidirlər.
Elmira Tağıyeva
Neftçala rayon sakini, müəllim