Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev26 oktyabr 2021-ci il tarixdə Zəngilan rayonunda olmuşdur. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngilan rayonununAğalı kəndində rəsmi qarşılanması mərasimi baş tutmuşdur. Rəsmi görüşdə Prezident İlham Əliyev çıxış etmiş, son dövrlərdə Azərbaycanın ictimai-siaysi həyatında baş verən hadislərə münasibət bildirmişdir.
Dövlət başçısıçıxışı zamanı bildirmişdir ki, 2021-ci il 15 iyun tarixdə Şuşa şəhərində imzalanmış Şuşa bəyannaməsi tarixi sənəddir. Bu Bəyannamə Türkiyə və Azərbaycan arasında əlaqələri müttəfiqlik səviyyəsinə qaldırmışdır. Ümummilli liderimiz Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamının əsasındaqurulan Azərbaycan - Türkiyə münasibətləri məhz 44 günlük müharibənin başlanğıcından sonunadək bu fikri bir daha təsdiqlədi. Bu tarixi sənəd hər iki qardaş ölkənin birgə maraqlarının qorunmasının,regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərin qarşılıqlı əlaqələndirilməsinin nəticəsi olaraq ölkəmizin beynəlxalq nüfuzunu daha da artıracaq.
HazırdaAzərbaycan – Türkiyə münasibətləri özünün ən uca zirvəsinə yüksəlib. Bu qarşılıqlı münasibətlər ölkələrimizi həmişə bir- birinə yaxın edib və xalqımız sevincli, kədərli günlərdə də bir -birinin yanında olub. Bu isə Türk Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün vaxtilə dediyi“Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamı bu tərəfdaşlığın və müttəfiqliyin bariz nümunəsidir.
2021-ci il 26 oktyabr tarixində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Füzuli Beynəlxalq Hava limanının birgə açılışı birliyimizin gücünün nümayişidir. Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi hər zaman bir-birinin yanında olmasını biz44 günlük II Qarabağ müharibəsi dövründə bir daha şahidi olduq. Belə ki, Türkiyə müharibənin ilk anlarından bütün dünyaya Azərbaycanın yanında olduğunu bəyan etdi, dövlətimizə, xalqımıza siyasi və mənəvi dəstək olduğunu sübut etdi.
Cəmi səkkiz ay davam edən Füzuli Beynəlxalq Hava Limanının inşasındaAzərbaycan və Türkiyə şirkətləri birgə iştirak etmişlər.Hava limanının təməli 2021-ci il ilin yanvar ayının 14-də möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən qoyulmuşdur və buHava limanının inşasında əsas məqsəd xarici qonaqların Şuşaya gəlişini təmin etmək, rahat və qısa müddətdə Şuşa şəhərinə getməyi asanlaşdırmaqdan ibarətdir. Bu baxımdan Füzuli Hava limanı Beynəlxalq statusu daşıyır.
Prezident İlham Əliyev çıxışında vurğulamışdır ki, Şuşada və Zəngilanda rəsmi mərasimlərin keçirilməsi,Türkiyə və Azərbaycan Dövlət himnlərinin səslənməsi qardaş ölkə ilə birlikdə yazılan tarixi hadisələridir. Bu gün regional işlərdə,hətta dünya miqyasında Türkiyə və Azərbaycan əməkdaşlığı,qardaşlığı önəmli amilə çevirilib. Azərbaycanla Türkiyə arasındaiqtisadi-siyasi,diplomatik və hərbi sahələrdəəməkdaşlıq durmadan inkişaf edir. Füzuli Hava Limanının hər iki ölkə başçısınınaçılışdabirgə iştirakı və Qarabağa ilk səfər edən ölkə başçısının məhz Türkiyə Prezidentinin olması böyük tarixi əhəmiyyət daşımaqla,birliyin,dostluğun pik nöqtəsi kimi qiymətləndirilməlidir.
Dövlət başçısı bildirmişdir ki, Türkiyənin siyasi və mənəvi dəstəyi Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsində mühüm rol oynadı. II Qarabağ savaşının ilk saatlarından son dəqiqələrinə qədər Türkiyə Azərbaycanın yanında olması, Azərbaycan ədalətli mübarizəsində siyasi və diplomatik dəstəkləməsi,ona siyasi və diplomatik dəstək göstərməsi Azərbaycan və Türkiyə liderlərinin çox ciddi iradə ortaya qoyaraq xalqlarımızın birliyinin qırılmaz tellərlə bağlı olduğunubildirdilər.
Azərbaycan xalqı Türkiyənin dəstəyini yüksək qiymətləndirir və işğaldan azad torpaqlarımızın canlanmasında da Türkiyənin əməyi danılmazdır. Çıxışının davamında dövlət başçısı vurğulamışdır ki, Türk Şurasıtəsirli beynəlxaql bir təsisat olmaqla, Türk dövlətlərinin bu təşkilata dəstəyi Türk dövlətləri arasındakı əməkdaşlıq və qardaşlıq əlaqələrinigücləndirəcək və bütün Türk dünyası üçün yeni imkanlar açılacaq və gələn ay Azərbaycan bu Şuranın sədrliyini Türkiyəyətəhvil verəcəkdir.
Kütləvi informasiya vasitələri sahəsində də əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün müxtəliif tədbirlər keçirilir. Belə tadbirlərin biri də qardaş ölkəmizdə baş tutub. Türk Şurasının Mediaforumu təşkil edilib və“Köklü keçmiş, guclü gələcək” şüarı altında baş tutub. Azərbaycan və Türkölkələrinin kütləvi informasiya vasitələrində bu tədbir haqqında çox geniş məlumatlar verilib, müzakirələr aparılıb, təhlillər edilib və hər dəfə də vurğulanıb ki, bu inteqrasiya prosesləri daha da dərinləşməlidir, çünki buna böyük bir zərurət var. Bu tədbirdə keçirilən panellərdən biri də «Birlikdən doğan zəfər» başlığı altında idi. Həqiqətən bu zəfər, Bilikdən doğan Zəfər oldu. Bu Zəfər bizim birlik və həmrəyliymizin zəfəri idi. Bu nöqtəyi- nəzərdə Vətən müaribəsi həqiqətlərinin aydın işıqaldırılması və dünya ölkələrinə catdırılmasında təbii ki, Türk kütləvi informasiya vasitələrinin əməyi danılmazdır.
Qeyd olunmuşdur ki, Zəngilan Şərqi Zəngəzur bölgəsində yerləşir vəburadan keçən Zəngəzur dəhlizi bütün Türk dünyasını birləşdirəcək. Həm Azərbaycan, həm Türkiyə Zəngəzur dəhlizinin gerçəkləşməsi üçün əməli addımlar atır və bu addımlar yaxın gələcəkdə öz bəhrəsini verəcəkdir. Cari ilin 26 oktyabr tarixində təməli qoyulmuş avtomobil yolu da Zəngəzur dəhlizinin bir hissəsidir. Avtomobil yolunun və dəmir yolunun çəkilişi nəticəsində ölkələrimiz istəklərinə nail olacaq, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpasını özündə əks etdirən sənədə istinad edərək Zəngəzur dəhlizinin açılmasına mahiyyətini bildirən Cənab Prezident bir daha dünyaya mesaj vermiş oldu ki, Azərbaycan və Türkiyə regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpa olunması ilə əslində, bütün regionun inteqrasiyasında maraqlıdır. Bu məsələ Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da nitqində öz əksini tapdıvə qeyd olundu ki, Ermənistanın bu çağrışlara adekvat və müsbət cavab verəcəyinə ümüd edirik. Azərbaycanın Türkiyə,eyni zamanda, Qərbə və bu ərazidən kecərək Zəngəzur dəhlizinin birbaşa Avropaya və ordanda Asiyaya bilavasitə meyletməsi, beynəlxalq nəqliyyat dəhlizlərin bu regionda birləşməsinin ən vacib nümunələrindən hesab edilə bilər və bu dəhliz vasitəsi ilə böyük birtarixi olan yolun açılmasına şərait yarada bilər. Bu gün regional işlərdə, hətta dünya miqyasında Türkiyə və Azərbaycan əməkdaşlığı, qardaşlığı önəmli amilə çevrilib. Türkiyə-Azərbaycan birliyi sabitliyə xidmət edir.
Hazırda işğaldan azad olunmuş torpaqlarımızda bir çox Türkiyə şirkətləri çalışır. Bu şirkətlərlə əməkdaşlığın nəticəsidir ki, qısa bir zaman kəsiyində işğaldan azad olunmuş ərazilərimizdə abadlıq, quruculuq işləri sürətlə gedir. Tunellər, dəmir yolları çəkilir, geniş infrastrukturlar inşa edilir. Bu,da bizim birliyimizin, həmrəyliyimizin, qardaşlığımızın bəhrəsidir- deyən Prezident onu da qeyd edib ki, tam əminəm ki, bundan sonra da Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi bir yerdə irəli gedəcək, xalqımız bir -birinə daha yaxın olacaq, dövlətimiz bundan sonra da uğurlu əməkdaşlıq edəcək.
Qalib bir xalqın, qalib bir dövlətin vətəndaşları olaraq bu birliyi, bu qardaşlığı hər zaman yüksək qiymətləndirir, xalqlarımızın rifahının yüksəlməsi, iqtisadiyyatımızın inkişafıvə regional sabitliyimizin qorunmasında əvəzsiz xidmətləri alqışlayırıq.
Yaşasın Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı!
Ucar şəhər 2 nömrəli tam ortaməktəbin direktoru- Yeganə Məmmədova