Logo

Polşanın Silesian Texnologiya Universitetinin nümayəndəsi AzTU-da olub

29.10.2021 17:23 424 baxış
IMG

Polşanın Silesian Texnologiya Universitetinin rektorunun Mərkəzi və Şərqi Avropa və Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq üzrə səlahiyyətli nümayəndəsi, professor Aleksandr Sladkovski Azərbaycan Texniki Universitetinə (AzTU) səfər edib. Səfər çərçivəsində qonaq AzTU-nun rektoru Vilayət Vəliyevlə görüşüb.

Tehsil.biz xəbər verir ki, görüşdə universitetin prorektorları, həmçinin Nəqliyyat və logistika fakültəsinin professor-müəllim heyəti iştirak edib.

Rektor Vilayət Vəliyev qonağa AzTU-da görülən işlər və xarici ölkələrin aparıcı universitetləri ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələr barədə məlumat verib.

Görüşdə iki universitet arasında logistika və nəqliyyat sahəsində əməkdaşlıq imkanları, ikili diplom, AzTU-nun nəzdində Polşa-Azərbaycan İnstitutunun yaradılması məsələləri müzakirə edilib.

Xəbər lenti