Logo

Məktəbdə uşaq yazıçısı Mehriban Nağıyeva ilə görüş təşkil edilib

30.10.2021 12:24 434 baxış
IMG

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə Yuri Kovalyov adına 229 nömrəli tam orta məktəbində uşaq yazıçısı Mehriban Nağıyeva ilə görüş keçirilib.

Tehsil.biz xəbər verir ki, tədbirdə məktəbin 4-cü sinif şagirdlərinin ifasında yazıçının “Əsmərin sehrli zənbili” nağılı əsasında hazırlanmış nağıl-tamaşa təqdim olunub. Sonra uşaqlar M.Nağıyevanın “Uşaqların şeir payı” kitabından “Şuşa”, “Qarabağ”, “Armud”, “Balqabaq”, “Alma” və digər şeirlərini səsləndiriblər.

Tədbirdə çıxış edən kitabxananın direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova və uşaq yazarı Mehriban Nağıyeva tədbirin keçirilməsində əsas məqsədin uşaqlar arasında mütaliə mədəniyyəti və oxu vərdişini formalaşdırmaq olduğunu qeyd edərək, uşaqlara maraqlı kitablarla xoş mütaliə saatları arzulayıblar.

Məktəb rəhbərliyi tədbirin təşkilatçılarına və uşaq yazarı Mehriban Nağıyevaya öz minnətdarlığını bildirib. Sonda Mehriban Nağıyeva “Uşaqların şeir payı” adlı kitabını uşaqlara hədiyyə edib.

Xəbər lenti