Logo

Bakıda 20 nömrəli məktəb-liseydə karantin müddəti uzadıldı - RƏSMİ

30.10.2021 12:32 608 baxış
IMG

Son günlərdə 20 nömrəli məktəb-liseyin daha bir neçə müəllim və şagirdinin COVID-19  virusuna yoluxması faktı təsdiqini tapdığı üçün Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən karantin müddəti uzadılıb.

Tehsil.biz xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.

Bu müddət ərzində təhsil müəssisəsində dərslər distant formada davam etdiriləcək, tədrisin davamlılığı təmin olunacaq. 

Qeyd edək ki, təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur.

Xatırladaq ki, bir müddət əvvəl Bakıda 20 nömrəli məktəb-liseydə dərslərin distant formaya keçirildiyi barədə məlumat verilmişdi.

Xəbər lenti