Logo

“Əsgərə məktub” layihəsinə 33 nömrəli uşaq musiqi məktəbi də qoşulub

01.12.2020 11:34 579 baxış
IMG

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 33 nömrəli uşaq musiqi məktəbində “fortepiano” ixtisası üzrə  təhsil alan II sinif şagirdi Zəhra Cəfərli Vətənimizin dilbər guşəsi olan Qarabağın işğaldan azad olunması uğrunda gedən 44 günlük Vətən müharibəsi dövründə canıyla, qanıyla vuruşan Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinə, Müzəffər ordumuza  məktub yazıb və ürək sözlərini çəkdiyi rəsmdə bildirib.

 

Məktub Ağdam uğrunda döyüşlərdə vuruşan əsgər Elcan Abbasova çatıb. Zəhra öz məktubunda Vətəni sevən, qəhrəmancasına döyüşən Azərbaycan əsgərləri ilə qürur duyduğunu və onlara sonsuz məhəbbətini ifadə edib.

 

Əsgər Elcan Abbasov döyüş zamanı aldığı bu məktubdan çox təsirləndiyi kimi də qürurlanıb. Əslində bu kiçik məktub döyüş bölgəsində şiddətli döyüşlərin getdiyi bir anda əsgər üçün bir ümüd, bir inam, bir cəsarətdir.

 

Artıq Azərbaycanın Müzəffər ordusu qələbə qazanıb. Əsgər Elcan Abbasov məktəblə əlaqə saxlayaraq bu məktubun sahibi Zəhra Cəfərli ilə görüşmək, bu balaca qızcığazı tanımaq istədiyini bildirib. 

 

Məktəb isə öz növbəsində əsgər Elcan Abbasov və onun əsgər yoldaşlarına öz dərin minnətdarlığımızı bildirərək onları məktəbə dəvət edib və qələbəni birilikdə qetd etməyi arzulayıb. 

Xəbər lenti