Logo

"Taliban" qadınların təhsil alması üçün ŞƏRT QOYDU

30.10.2021 15:34 906 baxış
IMG

“Qadınların təhsil almasını bizdən tələb edirsinizsə, o zaman Əfqanıstanın Mərkəzi Bankının Avropada dondurulan rezervlərini bizə qaytarın”.

“Sözcü” xəbər verir ki, bunu “Taliban” rəhbərliyi bəyan edib.

Bəyanatda bildirilir ki, hətta dondurulan pulların qaytarılacağı halda qadınların kişilərlə birgə təhsil almasına izn verilməyəcək: “Bundan başqa cinsi azlıqlara da Əfqanıstanda yer olmayacaq. Amma ilk növbədə əfqan xalqının pulları geri qaytarılmalıdır. ABŞ-da 9 milyard, Almaniyada isə 450 milyon dollar dondurulmuş pulumuz var. Pulları qaytarın, qadınların təhsil hüququnu bərpa edək”. (publika.az)

Xəbər lenti