Bakı Dövlət Universitetinin (BDU) Tələbə Həmkarları İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə 44 günlük Vətən müharibəsində böyük Zəfərimizə həsr olunan silsilə tədbirlərə start verilib.
Tehsil.biz xəbər verir ki, ilk olaraq universitet THİK üzvlərinin iştirakı ilə fləşmob keçirilib.
Fləşmobda simvolik 44 rəqəmi və “Qarabağ Azərbaycandır!” şüarı təsvir edilib.
Qeyd edək ki, fləşmob BDU THİK-in hazırladığı “44 günlük Zəfər tarixi” adlı videoçarxın tərkib hissəsi olacaq.