Logo

Memarlıq və İnşaat Universitetində magistratura pilləsində bir qrup distant təhsilə keçib

31.10.2021 23:07 375 baxış
IMG

Azərbaycan Memarlıq və İnşaat Universitetinin magistratura pilləsində bir qrup distant təhsilə keçib.

Tehsil.biz-in məlumatına görə, bununla bağlı universitetdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, həmin qrupda bir tələbədə virus aşkarlandığı üçün distant təhsilə keçilib.

Qeyd edilib ki, əyani dərslər başlayandan indiyə qədər universitetdə ümumilikdə 7 qrup distant təhsilə keçib və artıq əyani dərslərə geri dönüblər.

Xəbər lenti