Oktyabrın 29-da 8 Noyabr - Zəfər Gününə həsr olunmuş, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) məzunu, 2016-cı il Aprel döyüşlərində şəhid olan Samir Kaçayev və akademiyanın 44 günlük Vətən müharibəsində iştirak etmiş tələbə və məzunlarının əsərlərindən ibarət sərgi təşkil edilib.
Tehsil.biz xəbər verir ki, sərginin açılış günü ölkəmizin ali təhsil müəssisələrinin müəllim və tələbələri nümayiş olunan əsərlərlə tanış olublar. Açılış mərasimində BDU-nun tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru Fərda İmanov və Vətən müharibəsi iştirakçıları olan tələbələri iştirak edib.
Sərgidə ADRA-nın “Təsviri sənət” fakültəsinin məzunu, gənc heykəltəraş şəhid Samir Kaçayevin 30 heykəltəraşlıq işi və qazi rəssamların əsərləri nümayiş olunur.