Logo

SABAH məzunu ACCA ixtisaslaşma imtahanında Azərbaycan birincisi olub

01.11.2021 14:01 883 baxış
IMG

SABAH qrupları Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə ixtisası üzrə 2017-ci il məzunu Türkan Nəcəfli ACCA  ixtisaslaşma imtahanında Azərbaycan birincisi olub. 

Qeyd edək ki, SABAH qruplarında oxuduğu müddətdə karyera həyatını “Böyük Dördlük” şəbəkəsində başlamağı hədəfləyən Türkan Nəcəfli 2017-ci ildən etibarən “Böyük Dördlük” şəbəkəsinə daxil olan “Deloitte & Touche”  MMAC şirkətində çalışır. Eyni zamanda o, beynəlxalq qurum olan ACCA (The Association of Chartered Certified Accountants) ixtisaslaşmasına sahib olmaq istiqamətində 13 imtahandan 9-nu uğurla bitirib, ACCA TX (Taxation) imtahanında isə Azərbaycan birincisi olub. 

Xəbər lenti