ARTİ müəllimlərin sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsini izah edən vebinarları davam etdirir.
Növbəti vebinar 2 noyabr saat 17:00-da “Bakteriyalar, göbələklər və bitkilər aləminə aid testlərdə qarşıya çıxan çətinliklər” mövzusunda keçiriləcək. Vebinarda spiker qismində əməkdar müəllim, “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi, dərslik müəllifi, “Tərəqqi” medalına layiq görülmüş Nüşabə Məmmədova çıxış edəcək.
Vebinarın keçirilməsində əsas məqsəd sertifikasiyaya hazırlaşan müəllimlər üçün çətin mövzuların və qiymətləndirmə vasitələrinin izah olunmasıdır.
Tədbir ARTİ-nin Facebook səhifəsi üzərindən canlı yayımlanacaq.
Xatırladaq ki, ARTİ daha öncə müəllimlərin işə qəbulu və sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsini hazırlayıb. 20 fənn, metodika ve pedaqogika üzrə məzmun sahələri, sual sayı, bölmələr və mövzuları əhatə edən məlumat kitabçası ilə aşağıda tanış ola bilərsiniz.