Azərbaycan Dövlət Pedaqoji Universitetində əyani dərslər başlayandan bu günə qədər 24 qrup distant təhsilə keçib.
Tehsil.biz xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Universitetin mətbuat xidmətinin rəhbəri Cavid Hüseynov məlumat verib. Onun sözlərinə görə, 24 qrupun hər qrupda bir tələbəsi koronavirusa yoluxub:
"Distant təhsilə keçən qruplardan 7-si artıq geri dönüb".