Logo

Gömrük Akademiyasında növbəti təlimlər başlayıb

01.11.2021 16:18 515 baxış
IMG

Dövlət Gömrük Komitəsinin Akademiyasında DGK-a sisteminə daxil olan orqanların vəzifəli şəxslərinin peşə və ixtisas biliklərinin artırılmasını və yüksəldilməsini təmin etmək məqsədilə növbəti BİN Soft şirkəti tərəfindən quraşdırılmış “1C Mərkəzləşdirilmiş Maliyyə Mühasibatlıq proqramı” üzrə təlimlər keçirilir.

Qeyd edək ki, 50 nəfər gömrük xidməti əməkdaşının təmsil olunduğu təlimlər 10 gün ərzində davam edəcək.

Təlimləri uğurla bitirən iştirakçılara sertifikatlar təqdim olunacaq.

Xəbər lenti