Təhsildə Keyfiyyət Təminatı Agentliyi daxili keyfiyyət təminatı sisteminin qurulması sahəsindəki təcrübələrinin təkmilləşdirilməsi və artıq formalaşmaqda olan daxili keyfİyyət təminatı struktur bölmələrinə dəstəyin təmin olunması məqsədilə, ali təhsil müəssisələrində fəaliyyət göstərən keyfiyyət təminatından məsul şəxs və struktur bölmə rəhbərləri ilə görüş təşkil edib.
Tehsil.biz xəbər verir ki, sözügedən görüş bu gün Azərbaycan Texniki Universitetində əyani formada keçirilib.
Görüşdə Azərbaycan Əmək və Sosial Münasibətlər akademiyasının “İnformasiya və karyera” şöbəsinin müdiri Hikmət Mirzəyev iştirak edib.