Logo

Aqrar sahənin dayanıqlı inkişafı üçün zəngin baza yaradılıb

01.11.2021 20:47 416 baxış
IMG

Bu gün zəhmətkeşlərin peşə bayramı günüdür. Prezident cənab İlham Əliyevin 2008-ci ildə imzaladığı Fərman əsasında hər il noyabrın 1-i Azərbaycanda Kənd Təsərrüfatı İşçiləri Günü kimi qeyd olunur.

Bu gün aqrar sahədə əldə edilən uğurlar və yüksək nəticələr cənab İlham Əliyev tərəfindən çox yüksək qiymətləndirilir. İki gün öncə dövlət başçısının kənd təsərrüfatı sektorunda çalışanları fəxri ad, orden və medallarla təltif etməsi onlara göstərdiyi yüksək diqqət və qayğının təzahürüdür.
Son illər ərzində Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları səmərəli fəaliyyət göstərib, ciddi nəticələr əldə edib. Kənd Təsərrüfatı Nazirliyi çox ciddi uğurlara imza atıb. Bu, dövlət rəhbərliyi tərəfindən yüksək qiymətləndirilir. Bir qayda olaraq Kənd Təsərrüfatı Nazirliyinin bütün təşəbbüsləri hər zaman dəstəklənib. Bu təşəbbüslər Nazirliyin potensialının gücləndirilməsinə xidmət edir. Bu illər ərzində Kənd Təsərrüfatı Nazirliyinin gücləndirilməsi istiqamətində işlər görülüb və fəaliyyət üçün konkret prinsplər müəyyənləşdirilib. Hesab edirəm ki, qarşıdakı dövr ərzində daha ciddi nəticələr əldə olunacaq. 
Rəhbərlik etdiyim Azərbaycan Dövlət Aqrar Universiteti də peşəkar mütəxəssislər hazırlamaqla aqrar sahənin inkişafına öz töhfəsini verir. Son illər tələbələrimiz Türkiyə və Rusiya ali təhsil ocaqları ilə təcrübə mübadiləsi aparır, bu da tələbələrin marağına və daha da təkmilləşməsinə səbəb olur. Cənab Prezident aqrar sahəni həmişə diqqətdə saxladığı kimi, biz də Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə çalışacağıq ki, dövlətimizin iqtisadiyyanının əsas sütunlarından olan aqrar sahədə daha yüksək nailiyyətlərə imza ataq.

İbrahim Cəfərov,
Professor, ADAU-nun rektoru

www.AzadMedia.az
01.11.2021

Xəbər lenti