Logo

ADNSU-da Tələbələrin 70-ci Elmi-Texniki Konfransı işinə başlayıb

02.11.2021 09:13 605 baxış
IMG

Noyabrın 1-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 8 Noyabr -Zəfər gününə həsr olunmuş Tələbələrin 70-ci Elmi-texniki konfransı öz işinə başlayıb.

Tehsil.biz xəbər verir ki, açılış mərasimində ADNSU-nun rektoru, professor Mustafa Babanlı, universitetin professor-müəllim heyəti və tələbələr iştirak edib.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan konfransı giriş sözü ilə açan ADNSU-nun rektoru, professor M.Babanlı tədbirin əhəmiyyətindən danışaraq bu ilki konfransın Azərbaycan tarixinə qızıl hərflərlə yazılan mühüm bir hadisəyə- Zəfər gününə həsr olunduğunu qeyd edib. Sonra zəfəri bizlərə yaşadan şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Konfransda tələbələrin elmi tədqiqat işlərinə cəlb olunmasına xüsusi diqqət yetirildiyini deyən rektor, professor M.Babanlı bu ilki konfransda xüsusilə magistraların üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib. Bu baxımdan qiymətləndirmədə də magistrantların işlərinə xüsusi diqqət yetiriləcəyini bildirən rektor M.Babanlı  tələbələrə konfransda uğurlar arzulayıb.

“Humanitar fənlər”kafedrasının müdiri, professor Camal Mustafayev konfransın həsr olunduğu Zəfər gününü şərtləndirən amillərdən və tarixi həqiqətlərdən söz açıb və konfransın işinə uğurlar arzulayıb.

 Konfransın bölmələr üzrə keçiriləcək panel iclaslarının tarixini açıqlayan ADNSU-nun Tələbə Elmi Cəmiyyətləri Şurasının  sədri Elviz İsmayılov bu il 9 bölmə üzrə qəbul olunan 542 tezisdən İkili yoxlama  nəticəsində, yəni texniki və plagiat yoxlamadan sonra 316 tezisin (70 bakalavr, 246 magistr) konfransa qəbul olunduğunu deyib.

Qeyd edək ki, 8 Noyabr -Zəfər gününə həsr olunmuş Tələbələrin 70-ci Elmi-texniki konfransının bağlanış mərasimi noyabrın 5-də olacaq.

Xəbər lenti