Logo

AzTU tələbə və məzunları logistika üzrə təcrübə proqramında iştirak edir

02.11.2021 16:22 738 baxış
IMG

Azərbaycan Texniki Universitetinin (AzTU) tələbə və məzunları arasından 3 nəfər “166 Yükdaşıma və Logistika” şirkətində üç aylıq ödənişli təcrübə proqramına qəbul edilib.

Tehsil.biz xəbər verir ki, “166 Logistika Akademiyası” təcrübə proqramında təcrübəçilər şirkətin əsas departamentlərində müxtəlif sahələr üzrə praktiki və nəzəri biliklərə yiyələnəcəklər. Qeyd edək ki, təcrübə müddətində öz peşə bacarıqlarını uğurla nümayiş etdirən namizədlər şirkətin müvafiq departamentlərində əmək funksiyalarının icrasını davam etdirəcəklər.

Xəbər lenti