Logo

"Tarixi qələbə” adlı onlayn respublika rəsm müsabiqəsinə yekun vurulub

02.11.2021 18:29 1034 baxış
IMG

Təhsil Nazirliyinin dəstəyi, 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Tarixi qələbə” adlı onlayn respublika rəsm müsabiqəsinə yekun vurulub. 

Tehsil.biz xəbər verir ki, müsabiqədə respublikamızın regionlarında və Bakı şəhərində fəaliyyət göstərən 51 uşaq-gənclər inkişaf mərkəzi iştirak edib. 2 mərhələ və 3 yaş qrupu (6-9, 10-13 və 14-18) üzrə keçirilən müsabiqəyə ümumilikdə 500-dən çox dərnək üzvü tərəfindən rəsmlər göndərilib. 

Münsiflər heyəti tərəfindən hər yaş qrupu üzrə işlər qiymətləndirilib, qaliblər müəyyən olunub.  

Qaliblər 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin diplomları ilə təltif olunacaq. 

Xəbər lenti