Noyabrın 2-də Bakının Xətai rayonunda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) məzunu (2010-cu il, Energetika fakültəsi), Vətən müharibəsi şəhidi Oqtay Ağabəyovun anım günü keçirilib. Anım təbirində həmçinin, şəhidimizin yaşadığı binanın önündə xatirə lövhəsinin açılışı olub.
Tehsil.biz xəbər verir ki, mərasimdə şəhidimzin ailə üzvləri və yaxınları, ictimaiyyət nümayəndələri, ADNSU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev və universitetin bir neçə əməkdaşı iştirak edib.
Tədbirdə çıxış edənlər şəhidimizin vətənpərvərliyindən, torpağa, elə bağlılığından və döyüş yolundan danışıblar.
Qeyd olunub ki, O.Ağabəyov müharibə başlanan gündən rahatlıq tapa bilməyib, əlinə sialh alıb digər həm yaşıdları kimi, Vətənin müdafiəsinə yollanıb. Ağdərə, Xocavənd, Füzuli istiqamətində gedən döyüşlərdə fədakarlıq göstərib, Füzuli uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Döyüş yoldaşları onun haqqında xatirələri bölüşərkən Oqtayın igidliyindən danışaraq onun savaş meydanındakı fədakarlığını xüsusilə qeyd ediblər. O.Ağabəyov dövlət başçısının sərəncamı ilə ölümündən sonra “Vətən uğurunda”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.