Logo

BDU-da Zəfər Gününə həsr olunmuş fləşmob keçirilib

03.11.2021 08:43 737 baxış
IMG

Bakı Dövlət Universitetində (BDU) BDU Tələbə Gənclər Təşkilatı və YAP Yasamal Rayon Təşkilatının birgə təşkilatçılığı ilə  8 Noyabr - Zəfər Gününə həsr olunmuş fləşmob keçirilib.

Tehsil.biz xəbər verir ki, fləşmob iştirakçıları universitetin həyətyanı ərazisində Ekologiya və torpaqşünaslıq fakültəsinin I kurs tələbəsi Aysun Heydərovanın  yerdə cızdığı Azərbaycan xəritəsi formasında düzülərək “Qarabağ Azərbaycandır!” şüarını səsləndiriblər.

Fləşmobda həmçinin Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin Şuşanın azad olunması ilə bağlı xalqa müaricəti nümayiş etdirilib, tələbələrin “Zəfər Günü”nə həsr olunan şeirləri səsləndirilib.

Xəbər lenti