Ucar rayonunda məktəb direktoru koronavirusdan dünyasını dəyişib.
Tehsil.biz APA-nın yerli bürosuna istinadən xəbər verir ki, Ucar rayonu Ənvər Məmmədxanlı kənd orta məktəbinin direktoru, 1960-cı il təvəllüdlü Maya Sədyar qızı Qədirova müalicə aldığı paytaxt xəstəxanalarından birində ötən gün vəfat edib.
Mərhum bu gün kənd qəbiristanlığında dəfn ediləcək.