Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında 2020/2021-ci tədris ilində təsis edilmiş İkinci Qarabağ müharibəsinin iştirakçısı olan 13 nəfər məzun şəhidlərinin adlarını əbədiləşdirmək məqsədilə təyin edilmiş fəxri təqaüdlərə bu il Akademiyanın istedadlı tələbələr pilot qrupunun 4 əlaçı tələbəsi Sultanlı Ləman Sultan qızı, Məlikzadə Ülvi Ziya oğlu, Babazadə Milyanxanım Şamil qızı və İbrahimli Nərmin Nəbi qızı layiq görülüb.
Qeyd edək ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə 2020/2021-ci tədris ilində “İdman menecmenti və kommunikasiya” bakalavr ixtisası üzrə SABAH qrupları layihəsi ilə Akademiyanın birgə əməkdaşlığı çərçivəsində istedadlı tələbələr üçün ilk pilot qrupu yaradılıb.