Logo

Abşeronda məktəbdə kütləvi yoluxma var? - AÇIQLAMA

03.11.2021 13:08 550 baxış
IMG

Abşeron rayonunun Saray qəsəbəsində 1 nömrəli tam orta məktəbdə sanitariya-epidemioloji vəziyyətin sabit olmaması iddia edilib.

Tehsil.biz xəbər verir ki, bu barədə Oxu.Az-a həmin məktəbdə təhsil alan şagirdlərin valideynləri məlumat verib.

Bildirilib ki, məktəbdə koronavirus yayılsa da, dərslər distant formaya keçirilmir. 

Abşeron Rayon Təhsil Şöbəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Saray qəsəbəsi 1 nömrəli tam orta məktəb ilə bağlı iddiaların əsası yoxdur:

“Məktəbdə sanitariya-epidemioloji vəziyyət sabitdir və nəzarət altındadır. Hazırda yalnız 1 ibtidai sinif distant təhsilə cəlb edilib. Digər siniflərdə dərslər əyani qaydada davam edir”.

Xəbər lenti