Logo

Azərbaycan Texnologiya Universitetində “Zəfərin mübarək, Azərbaycan!” adlı tədbir keçirilib

03.11.2021 13:38 465 baxış
IMG

8 noyabr – Zəfər Gününə həsr olunan tədbir dövlət himninin səsləndirilməsilə açıq elan edilib.

Tehsil.biz xəbər verir ki, daha sonra bütöv Azərbaycan naminə canından keçən, şəhidlik zirvəsinə ucalan bütün oğul və qızlarımızın əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. 

Tədbirdə çıxış edən Azərbaycan Texnologiya Universitetinin rektoru, professor Akif Süleymanov bütün kollektivi, eləcə də tələbələri qələbənin ildönümü münasibətilə təbrik edərək şanlı zəfərin 44 günlük dastanından danışıb. Rektor qeyd edib ki, ötən il sentyabrın 27-dən başlayan və 30 ilə yaxın işğal altında qalan ərazilərimizin azad edilməsi ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə çevrilib: “Bu qələbəni bizlərə yaşadan isə Ali Baş Komandan, möhtərəm cənab Prezident İlham Əliyevin qətiyyəti, Güclü Ordumuz, rəşadətli əsgər və zabitlərimiz, Şəhidlərimizdir. 44 günlük Vətən müharibəsində Universitetimizin 7 məzunu - Kərim Əhmədəliyev, Ruslan Məmmədov, Rahim Mikayılov, Nemət Orucov, Kənan Ömərli, Nurlan Həsənov, Asim Əliyev şəhid olaraq adlarını şanlı qələbə tarixinə yazdırıblar. Biz şəhid məzunlarımızla fəxr edirik və onların valideynlərinə öz dərin minnətdarlığımızı bildiririk. Biz UTECA ailəsi olaraq daim onların xatirəsini əziz tutaraq yad edəcəyik. Onların adına yarışlar, turnirlər və s. tədbirlər keçirərək əziz xatirələrini daim yaşadacacağıq”.

Tədbirdə universitetin Azərbaycanın 44 günlük haqq savaşında iştirak edən məzunları, övladları Vətən müharibəsinə qatılana müəllimləri və digər əməkdaşları çıxış ediblər. Məruzələrdə həm də erməni əsirliyindən azad olan torpaqlarda qısa zamanda görülən işlərdən, yenidənqurma prosesində tələb olunan kadr potensialından danışılıb.

Sonda Zəfər gününə həsr edilmiş videoçarx izlənilib.

Xəbər lenti