Logo

ADPU tələbələri İstiqlal Muzeyinə ekskursiyada iştirak ediblər

03.11.2021 15:04 450 baxış
IMG

Noyabrın 2-də Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatının (ADPU TGT) nəzdində fəaliyyət göstərən Vətənpərvərlik Klubunun təşkilatçılığı ilə Azərbaycan Dövlət İstiqlal Muzeyinə tələbələrin ekskursiyası təşkil olunub. Ekskursiyada 30 nəfərə yaxın tələbə və ADPU TGT-nin aktiv üzvləri iştirak etmişdir. 

Tələbələr ekskursiya zamanı müasir dövrümüzə qədər Azərbaycan xalqının mədəni-tarixi həyatındakı mühüm hadisələrin təfərrüatları, öz istiqlalı uğrunda apardığı mübarizə haqqında ətraflı məlumat əldə etmişlər.

Xəbər lenti