ARTİ müəllimlərin sertifikasiyası imtahanlarının qiymətləndirmə çərçivəsini izah edən vebinarları davam etdirir.
Tehsil.biz xəbər verir ki, növbəti vebinar 4 noyabr saat 17:00-da “Mexanika - I hissə və test tapşırıqlarının izahı” mövzusunda keçiriləcək. Vebinarda spiker qismində Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyanın fizika müəllimi Murad Muradov çıxış edəcək.
Vebinarın keçirilməsində əsas məqsəd sertifikasiyaya hazırlaşan müəllimlər üçün çətin mövzuların və qiymətləndirmə vasitələrinin izah olunmasıdır.
Tədbir ARTİ-nin Facebook səhifəsi üzərindən canlı yayımlanacaq.