Logo

12 yaşdan yuxarı uşaqlara məcburi peyvənd vurulacaq? - RƏSMİ AÇIQLAMA

03.11.2021 20:33 285 baxış
IMG

Azərbaycanda 12 yaşdan yuxarı uşaqların məcburi vaksinasiya olunması ilə bağlı tapşırıq yoxdur.

Tehsil.biz xəbər verir ki, bunu Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin müdir əvəzi Orxan Abbasov deyib.

Onun sözlərinə görə, Səhiyyə və Təhsil nazirliklərinin birgə yaydığı məlumat sadəcə tövsiyə xarakterlidir: "Düşünmürəm ki, bu günə qədər 12 yaşdan yuxarı hansısa şagirdin peyvənd olunmadığına görə məktəbə buraxılmamasına dair bir fakt var. Belə bir hadisə olmayıb. Yenə də təkrar edirəm ki, bu, sadəcə tövsiyədir. Əgər aidiyyəti qurumlar belə bir qərar veribsə, deməli, bunun əsasında tədqiqatlar və elmi araşdırmalar dayanıb".

Qeyd edək ki, ölkədə oktyabrın 15-dən 12-15 yaşlı yeniyetmələrin vaksinasiyasına qərar verilib. Müvafiq tibbi göstərişlərə və hər iki valideynin razılığına əsasən həmin yeniyetmələrə "COVİD-19" əleyhinə Pfizer peyvəndi vurula bilər. (Publika.az)

Xəbər lenti