Logo

Bulaq kompleksinin açılışı olub

04.11.2021 13:16 465 baxış
IMG

Vətən müharibəsində qəhrəmanlıqlar göstərərək şəhidlik zirvəsinə ucalmış Osman Cəfər Elsevər oğlunun, Süleymanov Emin Bəhmən oğlunun və Səfərli Cavid Xalıq oğlunun xatirəsini əbədiləşdirmək məqsədilə İmişli şəhər 5 saylı məktəb - liseyin həyətində inşa edilmiş bulaq - kompleksinin açılışı olub.

Tehsil.biz xəbər verir ki, açılış mərasimində İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, hüquq-mühafizə orqanlarının rəhbərləri, İmişli Rayon Təhsil Şöbəsinin rəhbərliyi, şəhid valideynləri, məktəbin müəllimləri və şagirdləri iştirak ediblər. 

Mərasimdə Elçin Rzayev,  İmişli RTŞ-nin müdiri Ələmdar Quliyev, məktəb-liseyin direktoru Validə Zülfüqarova çıxış ediblər. Çıxış edənlər 44 günlük Vətən müharibəsində Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun əsgər və zabitlərinin, o cümlədən İmişli döyüşçülərin qəhrəmanlıqlarından danışıblar. Ölkəmizdə müharibə iştirakçılarına və şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər. 

Tədbirdə şagirdlərin ifasında vətənpərvərlik mövzusunda şeirlər ifa olunub.

Xəbər lenti