Logo

Pedaqoji Universitetin müəllim və magistrantları İkinci Fəxri Xiyabanı ziyarət ediblər

04.11.2021 14:26 750 baxış
IMG

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Magistratura və doktorantura şöbəsinin “Azərbaycan dili və ədəbiyatının tədrisi metodikası və metodologiyası” ixtisasının müəllim və tələbə kollektivi "8 Noyabr - Zəfər Günü" münasibətilə İkinci Fəxri xiyabanı ziyarət ediblər. 

Tehsil.biz xəbər verir ki, universitet kollektivi Vətənimizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın məzarları üzərinə gül dəstələri düzüb, onların əziz xatirələrini dərin ehtiramla yad edib və yaxınlarına səbr diləyiblər.

Ziyarət zamanı universitetin Vətən müharibəsində şəhid olan və İkinci Fəxri Xiyabanda dəfn olunan tələbə və məzunlarının da məzarları ziyarət edilib, üzərinə əklillər, tər gül-çiçək dəstələri düzüb, ruhlarına dualar oxunub.

Xəbər lenti