Logo

Ağsu 3 saylı məktəbin direktoru əməkdar müəlliməni get-gələ salıb - ŞİKAYƏT

04.11.2021 14:34 1509 baxış
IMG

Xəbəral.az saytına Ağsu rayon sakini Azərbaycan dili və Ədəbiyyat dərsini tədris etmiş əməkdar müəllimə Şirmayi Cabbarova öz şikayət ərizəsi ilə müraciət etmişdir.

Müraciət də bildirilir ki,65 yaşı tamam olub, lakin Ağsu rayon Təhsil şöbəsi rayon 3 saylı tam orta məktəbi ,3 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi Təhsil Nazirliyinin 15.07.2011-ci il tarixli 1404 nömrəli qərarına məhəl qoymur.
Əslində Nazirliyin müvafiq qərarına əsasən Şirmayi Cabbarova 65 yaşı tamam olduqdan sonra əlavə 5 il müddətinə müqavilə bağlayıb ki, həmin məktəbdə işləyə bilər.
Sadəcə Ağsu şəhər 3 saylı məktəbin direktoru Leyla Rüstəmzadə, Ağsu rayon Təhsil şöbəsi və 3 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi Elxan Cavadovla əlbir olub əməkdar müəllimənin müqavilə bağlamasına canı dildən manee olub.Leyla Rüstəmzadə şəxsi prinsipləri üzə çıxararaq uzun illər Ağsu Təhsilinə öz töhvəsini verən əməkdar müəllimə Şirmayi Cabbarovanın müqavilə ilə dərs tədrisini mümkinatsız sayaraq öz arzusunu reallaşdırıb.

Əməkdar müəllimə Şirmayi xanım bizə bildirdi ki, artıq onun çıxış yolu yoxdur, təklənib.Neçə illik müəllim hüquqları pozulub.Çünki 3 saylı məktəbin direktoru Leyla Rüstəmzadə qərəzli açıq şəkildə prinsip aparır.Altı nəfər eyni fənn üzrə dərs tədris edən müəllimləri öyrədərək regional mərkəzə əməkdar müəllimənin əlehinə ərizə yazdırıb.Gör necə biabırçılıqdır ki, Məktəbin drektoru, əməkdar müəlliməyə deyir ki, gəl özün müəllimləri ələ al səninlə müqavilə bağlamağıma razı olsunlar.
Bəli bax buna görə də Ağsu təhsili respublika üzrə ən aşağı yerlərdə qərarlanır.
Bir faktıda nəzərinizə çatdıraq ki, uzun illər ədəbiyyat müəllimi işləmiş 65 yaşı tamam olan, diaqnostik qiymətləndirmədən ədəbiyyatçı kimi imtahan verən Yeganə Cəlilova adlı müəllimlə rus dili müəllimi kimi müqavilə bağlanılıb.Direktorun şəxsi maraqlarına uyğun olaraq dərs tədrisinə davam etdirilir.
Bir sözlə Məktəb direktoru Leyla Rüstəmzadə əlindən gələni edib ki, əməkdar müəllim Şirmayi Cabbarova məktəbdən uzaqlaşsın.

Atalar bu yerdə yaxşı deyib: “Böyüksüz yerdə xeyir bərəkət olmaz”

Amma nəyə görəsə 3 saylı məktəb şəxsi prinsiplərlə idarə olunur.Direktor ola-ola direktorsuzluq hökm sürür.

Nəzərinizə çatdıraq ki, əməkdar müəllimə Şirmayi Cabbarova aidiyyatı üzrə bir çox yerlərə müraciət etsə də məktubları cavabsız qalıb.
Heç bir nəticə nədə ki, cavab yoxdur.
Ümüd edirik ki, Təhsil Nazirliyi, Azərbaycan təhsilinin inkişafı üçün gecə-gündüz çalışan əməkdar müəllim Ağsu rayon sakini Şirmayi Cabbarovanın səsinə səs verib, pozulmuş olan hüquqlarının bərpasına nail olacaqlar.


PS. Növbəti yazımızda onu da qeyd edək ki, 3 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzindən təmin olunan İsmayıllı, Şamaxı, Qobustan və Ağsu rayonlarına qış mövsümü ilə əlaqədar olaraq odun və dizel yanacağı üçün xərc ayrılıb. Lakin kağız üzərində. Həmin sənəd imzalansa da, sözügedən vəsait təyinatı üzrə xərclənməyib və mərkəz rəhbərliyi tərəfindən mənimsənilib. Adı gedən qurumun rəhbərliyinin qanuna zidd olan əməlləri sayəsində həmin rayonlarda qış fəslini yola vermək üçün orta məktəblərdə elektrik qızdırıcılarından istifadə olunur ki, bu da dövlət büdcəsinə vurulan növbəti zərbədir.
Etibarlı mənbələrdən əldə etdiyimiz məlumatlarda deyilir ki, hazırda haqqında söhbət gedən quruma rəhbərlik edən E. Cavadov burada saysız maliyyə maxinasiyalarına yol versə də, nədənsə Təhsil Nazirliyi hələ susur. Görünməmiş rəzalətlər yaşanan bu qurumda korrupsiya , dövlət əmlakını talama halları baş alıb gedir. Kağız üzərində “təmir olunan” orta məktəblər, məktəbdən kənar idman müəssisələrindəki açınacaqlı hallar və s.haqqında daha geniş növbəti yazımızda
Ağsu şəhər 3 saylı məktəbdə saxta diplomla işləyən müəllim kimdir?

Bizi izləyin….

Araşdırmamız davam edir

Qarşı tərəfi dinləyib mövqelərin dərc etməyə hazırıq.

Xəbəral.az

Xəbər lenti