Logo

Bakı məktəbində müəllimlər arasında ciddi insident - RƏSMİ AÇIQLAMA

04.11.2021 18:03 2691 baxış
IMG

Bakı şəhəri 117 nömrəli tam orta məktəbdə 02.11.2021-ci il tarixində məktəbin Gənclərin çağırışaqədərki hazırlığı rəhbəri ilə direktor müavini arasında anlaşılmazlıq və mübahisə yaranıb.

Tehsil.biz xəbər verir ki, bu barədə məktəbdən bildirilib.

Qeyd olunub ki, mübahisə zamanı direktor müavininin halı pisləşib. Təxminən 1 saatdan sonra müəllimin həyat yoldaşı onu evə aparmaq istəyən zaman Gənclərin çağırışaqədərki hazırlığı rəhbəri yenidən onlara yaxınlaşıb və aralarında növbəti dəfə mübahisə yaranıb. Məktəb rəhbərliyi tərəfindən münaqişə yatırılıb.
 
BŞTİ-dən verilən məlumatda qeyd olunur ki,  məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən müvafiq araşdırma aparılır.

Bildirilib ki, məktəblərdə münasibətlər hər zaman diqqət mərkəzində saxlanılır, davamlı olaraq zəruri maarifləndirmə işləri görülür.

Xatırladaq ki, "Tehsil.biz" redaksiyasına Bakı şəhərində yerləşən 117 nömrəli məktəbdə müəllimlər arasında mübahisə yaranması ilə bağlı məlumat daxil olmuşdu.

Fəqan Əzimli

Xəbər lenti