Logo

PAŞA Bank BMU tələbələri üçün master klaslara start verir

04.11.2021 19:04 757 baxış
IMG

PAŞA Bank Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri üçün müxtəlif mövzularda onlayn master klaslara start verir. İlk sessiya “How to get hired” mövzusunda baş tutacaq.

Tehsil.biz xəbər verir ki, təlimə qoşulmaqla tələbələr “CV-ni necə hazırlamaq lazımdır”, “Linkedİn-dən necə istifadə etməli”, “Müsahibəyə necə hazırlaşmaq lazımdır”, “Müsahibədə özünü necə aparmalı” kimi suallara cavab tapa biləcəklər.

Master klas 5 ildən artıq HR təcrübəsinə malik olan, eyni zamanda PAŞA Bankda 3 ildir ki, bizness tərəfdaş vəzifəsində çalışan Səriyyə Abuzərli tərəfindən keçiriləcək.

Təlim 11 noyabr 2021-ci il tarixində saat 11:00-da Microsoft Teams üzərindən təşkil olunacaq. Təlimə qoşulmaq üçün linkə daxil olmaq lazımdır.

Xəbər lenti