Azərbaycan Texniki Universitetinin (AzTU) bir qrup əməkdaşı Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının (ATİAHİ) yaradılmasının 100 illiyi ilə əlaqədar həmkarlar ittifaqı hərəkatında xidmətlərinə görə “Yubiley döş nişanı” ilə təltif olunub.
Tehsil.biz xəbər verir ki, “Yubiley döş nişanı”nı AzTU əməkdaşlarına universitetin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Kamran Rəsulov və Həmkarlar İttifaqı Komitəsinin sədri İlham Aslanzadə təqdim edib.