Logo

Mübariz Qurbanlı: "Erməni lobbisi müharibəni dini müstəviyə keçirməyə cəhd edirdi"

05.11.2021 10:41 435 baxış
IMG

"Dünya miqyasında erməni lobbisinin təmsilçiləri şər xarakterli məlumatlar yayırdılar. Onlar baş verənləri dini müharibə müstəvisinə keçirməyə cəhd edirdilər. Hətta dünyanın bir çox ölkələrində bu və ya digər formada onları dəstəkləyənləri də görürdük".

Tehsil.biz xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı "Vətən və İman" adlı nəşrin təqdimat mərasimində deyib.

O bildirib ki, müvafiq beynəlxalq qurumlar vasitəsilə bu müharibənin təcavüzkara qarşı yönəldiyi və Azərbaycanın mövqeyinin ədalətli olduğu birmənalı şəkildə dünyaya çatdırılırdı:

"Ermənistanın apardığı müharibə dinlərarası münasibətlərə aid deyildi. Vətən müharibəsi dövründə Azərbaycanın apardığı mübarizədə din xadimlərinin iştirakı xüsusi vurğulanmalıdır. Azərbaycan xalqının hakimiyyətlə vəhdəti, dini mənsubiyyətindən asılı olmayaraq mənəvi birlik xüsusi göstərici oldu".

Report

Xəbər lenti