Logo

Azərbaycanda əlavə 50 məktəbdə mühafizə xidməti yaradılacaq

05.11.2021 12:26 333 baxış
IMG

Azərbaycanın təhsil müəssisələrində İKT üzrə artan tələbatı və bu tələbatın pandemiya şəraitində daha da zəruriliyini nəzərə alaraq 2022-ci ildə ümumi təhsil müəssisələri üçün 40 mindən çox kompüter alınması və yeni elektron sistemlərin yaradılması nəzərdə tutulub.

"Tehsil.biz"in xəbərinə görə, bu məsələ "2022-ci il dövlət büdcəsi zərfi haqqında” qanun layihəsində əksini tapıb.

Bundan başqa, sənədə əsasən, əlavə 50 məktəbdə mühafizə xidmətinin təşkil edilməsi planlaşdırılır. (Report)

Xəbər lenti