"Təhsil Nazirliyi iki istiqamətlə bağlı qısa zamanda açıqlama verməlidir".
Tehsil.biz xəbər verir ki, bunu təhsil eksperti Elçin Əfəndi bildirib.
O qeyd edib ki, qısa zamanda iki suala cavab verilməlidir:
"Tələbə təhsil krediti hansı tarixdən etibarən verilməyə başlanacaq? Şagirdlərin bir məktəbdən digərinə yerdəyişməsi nə zaman başlanacaq? Qeyd olunan istiqamətlərlə bağlı şəxsimə hər gün onlarla müraciət ünvanlanır. Görünür ki, ictimaiyyətə bu istiqamətlərdə rəsmi məlumat vermək lazımdır".
Fəqan Əzimli